BAKI, 11 aprel. TELEQRAF

Rusiyanın xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülhə fokuslanmağı tövsiyə edib.

Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O, Zelenskinin Böyük Britaniyanın Avropa İttifaqına qoşulması ilə bağlı çağırışına münasibət bildirərək qeyd edib ki, Ukrayna lideri daha çox ölkəsində sülhün əldə olunmasına diqqət ayırmalıdır.