BAKI, 6 mart. TELEQRAF
İrandan vətəndaşlarını təxliyə etmək üçün Xarici İşlər Nazirliyinə 50-dən çox ölkədən müraciətlər var.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir 2500 müraciətin daxil olduğunu bildirib: "XİN daxil olan bütün müraciətləri sistemləşdirərək müvafiq qərarların qəbul edilməsi üçün Nazirlər Kabinetinə təqdim edir".