BAKI, 13 fevral. TELEQRAF

Bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litva Sosial Demokrat Partiyasının (LSDP) sədri Mindauqas Sinkeviçius ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, partiyalararası dialoq, regional təhlükəsizlik məsələləri, eləcə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə edilib.