BAKI, 4 aprel. TELEQRAF
Humanitar yardım karvanı Azərbaycan xalqı və hakimiyyətinin İran xalqı ilə həmrəyliyini və mənəvi dəstəyini nümayiş etdirir.
Teleqraf xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu jurnalistlərə açıqlamasında bildirib.
"İran hərbi hücuma məruz qalıb. Azərbaycan ölkəmizə humanitar yardım göndərən ilk ölkə idi, yardımların davam etməsi, bu dəstək bizim üçün çox əhəmiyyətlidir", - deyə qeyd edib.