BAKI, 29 dekabr. TELEQRAF
Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Elxan İbrahimov icra başçısı vəzifəsinə noyabrın 12-si təyin olunmuşdu.