BAKI, 13 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşünün mediada işıqlandırılmasından şikayətlənib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.
"Media mənim Putinlə görüşümü "çox vicdansız" işıqlandırır. Onlar işdən qovulmuş, uduzmuş axmaq insanlardan sitat gətirirlər. Görüş Amerika torpağında keçirilsə də, media artıq "Putin qalib gəlib" deyir. Bu nə deməkdir? Hər şeyi biz qazanırıq. Onlar xəstə təfəkkürlü, axmaq, ölkəmizə nifrət edən insanlardır", - paylaşımda qeyd olunub.