BAKI, 11 avqust. TELEQRAF
Tramp deyib ki, o, Putini Ukraynadakı münaqişəyə son qoymağa çağıracaq.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri Alyaskada Putinlə görüşün daha çox ilkin görüş olacağını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Putinlə görüşündən sonra Ukrayna diplomatiyasından geri çəkilə biləcəyini deyib, amma Putinlə Alyaska görüşünə Zelenskini dəvət etmək niyyətini təsdiqləməyib.
Tramp sonda Putini Zelenski ilə danışıqlar masasına gətirə biləcəyini iddia edib.
***
19:09
ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiyada Prezident Vladimir Putinlə görüşəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp Ağ Evdə çıxışı zamanı deyib.
"Cümə günü Rusiyaya gedəcəyəm", - o, bildirib.
Amerika lideri görüş barədə təfərrüatları açıqlamayıb.