BAKI, 22 iyul. TELEQRAF

"Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və onun həm qlobal miqyasda, həm də bölgəmizdə sülh gündəminə sadiqliyi ilə bağlı fikirlərimi paylaşdığına görə Prezident Donald Trampa təşəkkürümü bildirirəm".

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” hesabında paylaşım edib.

Dövlət başçısı qeyd edib:

"Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan lideri İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışını özünün rəsmi "Truth Social" hesabında paylaşıb.