BAKI, 27 may. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan səfərindən palyaşım edib.
Teleqraf xəbər verir ki, bununla bağlı ölkə rəhbəri "X" hesabında yazıb.
Paylaşımda bildirilir: " Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsi zamanı Azərbaycanın Pakistana verdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim. Biz Pakistan-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsi və regional sülh və rifah naminə birgə əməkdaşlığımızın davam etdirilməsi barədə ortaq qətiyyətimizi bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!".