XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfər ediblər.

Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları salamlayıb və onlara Azərbaycan-Ermənistan sqlh prosesi, Qarabağda aparılan bərpa quruculuq işlərinin gedişatı barədə məlunat verib.

Ardınca qonaqlar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət ediblər.