XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) inkişafı ilə bağlı müsbət siqnallar alırıq.

Teleqraf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Azərbaycan layihənin reallaşdırılmasına tam sadiqdir və bu istiqamətdə ABŞ tərəfdaşlarından da müsbət siqnallar alınır:

“Bakıdan Zəngilana qədər olan hissədə dəmir yolu və avtomobil yolunun tikintisi üzrə işlər demək olar ki, tamamlanıb”.

Hikmət Hacıyev bildirib ki, hazırda layihənin Naxçıvan seqmentinə diqqət yetirilir:

“Layihənin reallaşması region üçün yeni bağlantılar yaradacaq, Şərq-Qərb və Orta dəhlizlərin inkişafına töhfə verəcək və Ermənistanın regional proseslərə inteqrasiyasını təmin edəcək”.