Rusiya Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı sui-qəsdi pisləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Kreml istənilən sui-qəsd cəhdini pisləyir, çünki bu, terror aktıdır

“Xüsusilə də fəaliyyətdə olan siyasətçilərə qarşı sui-qəsd cəhdələri, xüsusən də bu cür qeyri-qanuni zorakı siyasi təzyiq üsullarının tətbiqi ilə”, - Peskov əlavə edib.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İvanişviliyə qarşı sui-qəsd cəhdinin qarşısını ala biliblər.

Xidmətin məlumatına görə, sui-qəsd cəhdini Ukraynada yaşayan keçmiş gürcü məmurlar təşkil edib və maliyyələşdirib.