
ABŞ prezidenti Co Baydenin əsas donorları onun seçki kampaniyasına ianə verməyə hazır deyillər.
Teleqraf.com "Semafor"a istinadən xəbər verir ki, donorlar onun noyabr seçkilərində qalib gələcəyinə inanmırlar.
Baydenin ən yaxın məsləhətçilərindən biri Cefri Katzenberq prezidentə bildirib ki, onun seçkilərdə qalib gəlmək qabiliyyətinə şübhə edən əsas donorlar kampaniyanı dəstəkləməyi dayandırıblar. Bu baxımdan Baydenin seçki kampaniyası aparmaq üçün kifayət qədər vəsaiti olmaya bilər.
ABŞ lideri üçün ianə toplayan təşkilatlardan biri vəziyyəti “böhran” kimi qiymətləndirərək, lazımi vəsaitin azlığına işarə edib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.