"Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur, mübahisəli məsələlər açıq dialoq yolu ilə həll ediləcək".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Kiriakos Miçotakislə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir.

“Belə bir addım regionumuzda sabitliyi və əmin-amanlığı gücləndirəcək”.