Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.