MİNGƏÇEVİR, 27 avqust. TELEQRAF
Mingəçevir su anbarında itkin düşən Yevlax sakini olan balıqçının axtarışları davam edir.
Teleqraf-ın Mərkəzi Aran bürosunun əldə etdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Xanabad kənd sakini Xaləddin Kərimov su anbarının Samux rayonunun inzibati hüdudlarına aid Alazan vadisində yoxa çıxıb.
Qayıqda onun mobil telefonu, siqareti və digər zəruri əşyaları aşkar olunub.
Məsələ ilə bağlı Pois və FHN əməkdaşları balıqçının yoxa çıxdığı ərazidə axtarışları davam etdirir.
Xaləddin Kərimovun doğmalarının sözlərinə görə, o, uzun illərmiş həvəskar balıqçılıqla məşğul olurmuş. Son dəfə ova yalqız yollanıb.