BEYLƏQAN, 27 avqust. TELEQRAF

Beyləqanda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Kəbirli kəndi ərazisində baş verib.

Rayonun Şahsevən kənd sakini 1991-ci il təvəllüdlü Məhərrəmov Süleyman Firidun oğlu idarə etdiyi "VAZ"2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolkənarı maneəyə çırpılıb.

Nəticədə sürücü S.Məhərrəmov, avtomobildə olan sərnişinlər Kəbirli kənd sakinləri 1958-ci il təvəllüdlü Rzayev Səməd Musa oğlu və 1982-ci il təvəllüdlü Rzayev Elgün İsa oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.