GƏDƏBƏY, 25 avqust. TELEQRAF

Gədəbəydə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Arıxdam kənd sakini İlham Hüseynov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gədəbəy rayon Arıxdam kənd sakini 53 yaşlı İ.Hüseynovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 51 yaşlı Qalib Məmmədov saxlanılıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.