GƏNCƏ, 23 avqust. TELEQRAF
Gəncədə idarə etməni itirən sürücü "Mercedes" markalı avtomobilini ağaca çırpıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Yusif Sadıqov xəsarət alıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.