GƏNCƏ, 20 avqust. TELEQRAF

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru Xuduyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, kollecin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Nigar Səfxanovaya həvalə edilib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl kollecin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.