BAKI, 20 avqust. TELEQRAF

Avqustun 19-da Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

***

10:39

GƏNCƏ, 20 avqust. TELEQRAF

Gəncənin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, böyük ehtimalla meyit erkən doğulan körpəyə aiddir.

Sözügedən zibil poliqonu Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazi hesab olunur.