YEVLAX, 19 avqust. TELEQRAF

“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, müvafiq əmrlə Mirrəhim Nəbiyevin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim vəzifəsində fəaliyyətinə xitam verilib.

Hazırda xəstəxananın rəhbərliyinin kimə həvalə olunacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.