BİLƏSUVAR, 7 dekabr. TELEQRAF
Biləsuvar rayonunun Çinarlı kəndində yanğın baş verib.
Teleqraf-ın Cənub Bürosunun məlumatına görə, hadisə kənd sakini Yusif Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.
Əraziyə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı ev tamamilə yanıb. Həmçinin, yaxınlıqda yerləşən və ümumi sahəsi 143 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə, eləcə də bir ədəd pəncərə çərçivəsi yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.