BAKI, 14 mart. TELEQRAF

Laçın rayonu ərazisindəki Qorçu hava limanının 2025-ci ilin ilk yarısında istismara verilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edək ki, bu, Füzuli və Zəngilan hava limanlarından sonra işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilən üçüncü aeroport olacaq.