
BAKI, 14 mart. TELEQRAF
Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin xərclənmə istiqamətləri açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə xatırladılıb ki, sözügedən istiqamət üzrə dövlət büdcəsindən ümumillikdə 5 milyard 347,2 milyon vəsait ayrılıb.
Qeyd olunub ki, vəsaitin 4 milyard 824 milyon manat və ya 90,2 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərə, 230 milyon manatı və ya 4,3 faizi “Avtomobil Yolları” Məqsədi ilə Büdcə fonduna, 150 milyon manat və ya 2,8 faizi Avtomobil Yolları Dövlət Agentliyinə, 88,9 milyon mamatı və ya 1,7 faizi “Azərişıq”ASC-nin, 22 milyon manatı və ya 0,4 faizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, 18.6 milyon manatı və ya 0,3 faizi Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarının 8.7 milyon manatı və ya 0,2 faizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, 5 milyon manatı və ya 0,1 faizi investisiya xərclərinin paylana düşür.