
BAKI, 10 fevral. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında keçirilən görüşdə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb .
Görüş zamanı iki ölkə liderləri iqtisadi, enerji, təhsil və digər sahələrdə birgə proqramların həyata keçirilmə barədə danışıblar. Bundan başqa, Ermənistan və Azərbaycan arasında sərhədin sülh yolu ilə nizamlanması və demarkasiya məsələsi də müzakirə olunub.