
Ermənistan Avropa İttifaqının mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə razıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantika Şurasının müzakirəsi zamanı deyib.
O bildirib: "Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilə bilməz. Onlar açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vururlar. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onları yerləşdirməməyi təklif edirik".