
1994-cü ildən sonra aparılan danışıqlar Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutub.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra müzakirə olunan bütün variantlar bu və ya digər şəkildə Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutub. Bu, danılmaz faktdır”, - nazir bildirib.