
Laçın istiqamətindəki mövqelərimiz erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", - deyə məlumatda qeyd olunur.