Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Şuşanın baş planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi Böyük Britaniyanın “Chapman Taylor” şirkətidir.

Qalib şirkətə 3,941 milyon manat ödəniləcək./Report/