Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımların Xankəndi şəhərinə çatdırılmasını təmin ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bir gün əvvəl həyata keçirilmiş humanitar aksiya zamanı Rusiya sülhməramlıları Rusiya humanitar missiyasının nümayəndələri və “Doktor Liza” və “Xeyirxahlıq üçün tələs” xeyriyyə fondları ilə birlikdə Xankəndi şəhər xəstəxanasına 50-dən çox adda tibbi avadanlıq və əlavə materiallar çatdırdılar. Bura defibrillyatorlar, elektrokardioqraflar, birdəfəlik döşəkağılar, üz maskaları, antiseptik vasitələr və digər tibbi avadanlıqlar daxildir.

Həkimlərlə yanaşı Rusiyadan hədiyyələri A.S.Qriboyedov adına Xankəndi şəhər 3 nömrəli orta məktəbin şagirdləri də qəbul ediblər. Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məktəbin müəllim və şagirdlərinə Moskvadakı orta məktəb şagirdləri və onların valideynləri adından təhvil verilən 350-dən çox kitab – dərsliklər, bədii ədəbiyyat və stolüstü oyunlar çatdırıblar.