BAKI, 7 iyul. TELEQRAF

Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin bugünki iclasında spiker Sahibə Qafarova məlumat verib.

Spiker Milli Məclisin növbəti iclasının iyulun 10-da keçiriləcəyini bildirib.