BAKI, 12 iyun. TELEQRAF
"Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və onunla birgə təqdim olunan hesabata dair rəy hazırlanıb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, rəylər “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” qanunlara əsasən hazırlanıb.