BAKI, 12 iyun. TELEQRAF

Dövlətimiz məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən ulu öndər Heydər Əliyev Azərbaycanı xilas etdi.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı ilə oldu: “Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan davamlı inkişaf yoluna çıxdı.

Bu gün isə Azərbaycanda ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".