BAKI, 11 iyun. TELEQRAF
"Azərbaycanda əkin sahəsinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir. Taxıl və yem bitkiləri Azərbaycan aqrar istehsalının cəmi 11 faizini yaradır. Biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir: "Bu, bizim gündəlik həyat tərzimizin bir parçasıdır. Biz bundan imtina edə bilmərik. Bizim ərazilərimizin ciddi bir hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır".