BAKI, 11 iyun. TELEQRAF

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilir.

Teleqraf xəbər verir ki, parlamentin bugünkü komitə iclasının gündəliyinə bir məsələ daxil edilib.

Belə ki, iclasda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilir.