BAKI, 9 iyun. TELEQRAF
“Büdcə sistemi haqqında” Qanuna əsasən müvafiq qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir. Bu məsələnin cari və növbəti büdcə illərində diqqətdə saxlanılması vacib sayırıq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, müdafiə olunan xərclərin qeyri-neft qaz gəlirləri hesabına təmin olunma səviyyəsi əvvəlki illə müqayisədə 12,1 faiz bəndi azalaraq 142,0% təşkil edib:
“Hesablama Palatası aparılan təhlillər əsasında son illərdə fiskal qanunvericilikdə edilən dəyişikliklər şəraitində müdafiə olunan xərclərin komponentləri ilə bağlı qanunvericiliyə yenidən baxılmasını və bu xərclərin tərkib elementlərinin dəqiqləşdirilməsini zəruri hesab edir. Məsələn, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar bu xərclərin tərkibi kimi çıxış edirdi. Sonradan VBT-yə dəyişik edilməsi fonunda mahiyyət etibarı ilə sosial ödəniş olan bu xərclər aidiyyəti istiqamətdə nəzərə alınmır. Bu isə bildirdiyim kimi müdafiə olunan xərclərin tərkibinin dəqiqiqləşdirilməsinin vacibliyini göstərir”.
Palata sədri bildirib ki, apardığımız təhlillər dövlət büdcəsinin layihəsi və illik hesabatın göstəricilərinin bəzi hallarda müqayisəliliyin təmin edilməsinin mümkün olmadığı göstərir. Belə ki, büdcə-vergi siyasətinin əsas istiqamətləri, fiskal risklər, xalis maliyyə aktivləri barədə məlumatlar büdcə layihəsi ilə bağlı sənədləşməyə daxil edilsə də, icra barədə hesabatda öz əksini tapmır. Beynəlxalq qiymətləndirmələrin tələblərini də nəzərə alaraq müvafiq məlumatların illik hesabata daxil edilməsini təklif edirik. Bu, qanunvericiliyə dəyişikliklərə də səbəb ola bilər”.