BAKI, 24 fevral. TELEQRAF

Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi yad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırım aktından bəhs etdi.

Spiker bildirdi ki, bu Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımı ən qanlı insanlıq cinayətidir: "Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır.
Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir".
Hörmətli deputatlar!
Sahibə Qafarova vuröulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunmuş və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb".

Daha sonra Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.