BAKI, 20 fevral. TELEQRAF

Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Teleqraf-ın məlumatına görə, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərarı layihəsində öz əksini tapıb.

Qərar layihəsinə əsasən, işçi qruplarının sədrləri aşağıdakı deputatlar olacaq:

Azərbaycan - Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;
Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qafarov Vasif Vaqif oğlu.