BAKI, 17 fevral. TELEQRAF

Elektron siqaretlərin idxalı, ixracı və satışına görə cərimələr müəyyən edilir.

Teleqraf xəbər verir ki, bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə təklif edilən qanun layihəsində yer alıb.

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.