BAKI, 14 may. TELEQRAF

Milli Məclisdə Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında anlaşma memorandumu təsdiqinə dair qanun layihəsi müzakirəyə çıxarılacaq.

Teleqraf xəbər verir ki, sözügedən məsələ mayın 14-da parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunacaq.

İclasının gündəliyində “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanununun layihəsi yer alıb.

Həmçinin Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında qanunun layihəsi müzakirə ediləcək.