BAKI, 24 aprel. TELEQRAF
"2009-cu ildə konstitusiyada dəyişiklik edərkən çox təndiq olunduq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirdiyi elmi-praktik konfransda deyib.
O bildirib ki, həmin dəyişiklikdə bir şəxsə iki dəfədən artıq seçilmə hüququ tanınırdı:
"Bunu fərdlə bağlayırdılar. Arqumentimiz isə çox sadə idi. Biz kiməsə iki dəfə seçilmək üçün qanunvericilik hüququ yaratmırdıq. Biz orada seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Tarix və zaman göstərdi ki, bizim etdiyimiz doğru idi. Sanki bir şəxsin iki dəfədən artıq seçildikdə reytinqi olmur. Bu gün Prezident İlham Əliyev son seçkilərdə ən yüksək reytinqini aldı. Bu, bir daha göstərdi ki, etdiyimiz dəyişiklik doğru idi".