BAKI, 28 aprel. TELEQRAF

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunub.