BAKI, 26 oktyabr. TELEQRAF
NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində keçirilən “Tibbi ingilis dili” kursunun ikinci modulu başa çatıb.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kurs müddətində dinləyicilərin tibbi ingilis dili üzrə bilik və bacarıqları daha da təkmilləşdirilib.
Modulu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edildikdən sonra xatirə fotosu çəkdirilib.