BAKI, 20 avqust. TELEQRAF

Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiya və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, sənədə əsasən, KOBİA və AZPROMO-nun bazasında struktur dəyişiklikləri aparılaraq operator funksiyaları İqtisadiyyat Nazirliyi yanında vahid quruma verilir.