BAKI, 19 noyabr. TELEQRAF

“Caspian Engineering Solutions” MMC vergiyə yaranmış külli miqdarda borcunu ödəyə bilmir.

Teleqraf xəbər verir ki, sənaye sahəsində yoxlama, sınaq, laboratoriya, təmir, tikinti, quraşdırma və sənaye təmizliyi xidmətləri göstərən şirkətin vergi qarşısında böyük məbləğdə öhdəliyi mövcuddur.

Məlumata görə, MMC-nin hazırda 340 min manat vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin qanuni təmsilçisi və direktoru Əliyev Camaləddin Ağamirzə oğludur.