BAKI, 13 noyabr. TELEQRAF
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə kassasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilib.