BAKI, 13 noyabr. TELEQRAF

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Əbülfəz Səricanova Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham verilib.

O, DTX-də başlanılmış cinayət işi üzrə bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlığında təqsirləndirilib.