BAKI, 24 oktyabr. TELEQRAF

Bakıda 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmənin hazirliq iclası keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrlik etdiyi iclasda təqsirləndirilənin anket məlumatlari dəqiqləsdirilib.

Süleyman Cəbiyev barəsində seçilmis həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bagli qərar qəbul edilib.

Məhkəmənin baxiş iclasi noyabrin 7-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-il mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib.

Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanin həyətinə keçərək evin yataq otağına daxil olub, ev sahibəsinin boyun nahiyəsinə ağır zərbələr endirib.

75 yaslı qadın aldığı xəsarətlərdən keçinəndən sonra Süleyman Cəbiyev mənzildəki paltar dolabında qadının çantasından 450 manatı götürərək hadisə yerini tərk edib.

Süleyman Cəbiyev barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işı açılaraq ittiham irəli sürülüb.