TBİLİSİ, 18 sentyabr. TELEQRAF

Gürcüstanın nüfuzlu radio kanallarında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərinin səsləndirilməsinə başlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, görkəmli musiqiçinin 140 illiyinə həsr olunan layihə Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Görkəmli bəstəkarın yaratdığı ölməz əsərlər “İmedi” və “Birinci kanal”ın radio dalğalarında bir həftə ərzində - sentyabrın 25-dək dinləyicilərə təqdim olunacaq.

“Birinci kanal”ın radiosunda həmçinin Ü.Hacıbəylinin zəngin irsi, milli musiqimizin yaradılması və inkişafındakı misilsiz xidmətləri mövzusunda proqram da efirə verilib.